Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək

 21:47 21.09.2026     89

Atatürk Universitetinin Açıq və Uzaqdan Təhsil fakültəsi Azərbaycanda təhsil alan tələbələri üçün Bakıda məzuniyyət mərasimi keçirəcək.

Redaktor.az-ın məlumatına görə, mərasim sentyabrın 26-da saat 14:00-da Bakı-Türk Anadolu Liseyinin həyətində təşkil olunacaq.

Tədbirdə universitet və fakültə rəhbərliyi, Türkiyə və Azərbaycandan dəvət olunan qonaqlar, məzunların ailə üzvləri, eləcə də təxminən 200 məzun tələbə iştirak edəcək.

Proqram Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayacaq. Daha sonra Atatürk Universitetinin və Açıq və Uzaqdan Təhsil fakültəsinin fəaliyyəti, tələbələrin məzuniyyətə qədər keçdiyi təhsil yolu barədə məlumat veriləcək.

Tədbir çərçivəsində təhsil müddətində uğur qazanan tələbələr mükafatlandırılacaq, yüksək nəticə göstərənlərə isə plaketlər təqdim olunacaq. Ardınca məzunlar səhnəyə dəvət edilərək Atatürk Universitetinin rektoru, professor Ahmet Hacımtüfoğlunun əlindən diplomlarını alacaqlar.

Mərasimin sonunda məzunlar ənənəvi olaraq papaqlarını havaya atacaq və kollektiv foto çəkdirəcəklər.

Qeyd edək ki, Atatürk Universitetinin Açıq və Uzaqdan Təhsil fakültəsi vasitəsilə Azərbaycanda tələbələrə ali təhsil imkanı yaradılması iki ölkə arasındakı təhsil əlaqələrinin nümunələrindən biridir. Bakıda keçiriləcək məzuniyyət mərasiminin həm tələbələrin təhsil yolunun başa çatmasını qeyd edəcəyi, həm də Azərbaycan-Türkiyə akademik və mədəni əlaqələrinə töhfə verəcəyi bildirilir.

2
Vumart və Güvən reklamı Vumart Güvən