Birləşdirilən universitetin tələbə və müəllimlərini nə gözləyir? - Rektor AÇIQLADI
Naxçıvan Müəllimlər İnstutunun Naxçıvan Dövlət Universitetinə birləşdirilməsi ilə bağlı hökumət müvafiq qərar verib. Hazırda Elm və Təhsil Nazirliyində müəyyən prosedurların həyata keçirilməsi üçün müvafiq komissiya yaradılıb.
Redaktor.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib.
Rektor bildirib ki, yaxın günlərdə komissiyanın fəaliyyəti ilə bağlı məlumatlar mətbuata açıqlanacaq:
"Burada tələbələrin və müəllimlərin taleyi ilə bağlı heç bir sual yoxdur. Oradakı ixtisasların hamısı Naxçıvan Dövlət Universitetinin ixtisaslarına uyğun ixtisaslardır. Tələbələr öz ixtisaslarında, öz arzuları olan və təhsil aldıqları ixtisaslar üzrə təhsillərini davam etdirəcəklər və Naxçıvan Dövlət Universitetinin diplomunu alacaqlar".













