Goranboyda vətəndaşlarla təhsil sektorunun işçisi arasında insident - VİDEO

 16:19 24.09.2026     878

Goranboyda vətəndaşlarla təhsil sektorunun əməkdaşı arasında insident yaşanıb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə bu günlərdə vətəndaş tərəfindən lentə alınıb.

İlkin məlumata görə, hadisə Goranboy rayon təhsil sektorunun inzibati binasında qeydə alınıb.

Sektor müdiri Vüsal Cəfərovun qəbuluna gələn vətəndaşla sektor əməkdaşı Seymur Həsənov arasında insident yaşandığı bildirilir.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə Goranboy şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbdə bəzi siniflərin ikinci növbəyə keçirilməsi ilə bağlı bir qrup valideynin vətəndaş qəbulu zamanı növbədənkənar qəbul otağına daxil olması zamanı baş verib:

“Həmin vaxt vətəndaş qəbulu prosesi həyata keçirildiyindən növbə qaydalarına riayət etmədən qəbul otağına daxil olan valideynlərlə vətəndaş qəbulunu təşkil edən sektor əməkdaşı arasında münaqişə yaranıb. Hazırda hadisə ilə bağlı daxili araşdırma aparılır”.

 

Vumart və Güvən reklamı Vumart Güvən