Atatürk Universiteti Bakıda məzun sevinci yaşadı – 200 tələbə məzun oldu

 20:24 26.09.2026     121

Atatürk Universitetinin Açıq və Distant Təhsil Fakültəsi tərəfindən Azərbaycanın paytaxtı Bakıda məzun mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, mərasim Atatürk Universitetinin rektoru, professor Ahmet Hacımüftüoğlunun iştirakı ilə baş tutub. Tədbirdə 2026–2027-ci tədris ilində məzun olan 200-ə yaxın tələbə məzun sevincini yaşayıb.

Tədbirdə Türkiyə ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri xüsusi vurğulanıb.

Proqram Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Atatürk Universiteti və Açıq və Distant Təhsil Fakültəsinin fəaliyyətindən bəhs edən təqdimat filmləri nümayiş etdirilib.

Çıxış edən Atatürk Universitetinin rektoru professor Ahmet Hacımüftüoğlu məzunları təbrik edib, onların təhsil müddətində əldə etdikləri uğurların əhəmiyyətindən danışıb.
Daha sonra Azərbaycan xalq rəqsləri nümayiş etdirilib və musiqi proqramı təqdim olunub.

Tədbir çərçivəsində təhsil müddətində yüksək nəticə göstərən tələbələrə hədiyyə və plaketlər təqdim olunub.

Daha sonra 2026–2027-ci tədris ilində məzun olan 200-ə yaxın tələbənin adları bir-bir səsləndirilib və onlar səhnəyə dəvət ediliblər. Tələbələr simvolik məzun sənədlərini rektorun əlindən alaraq bu əlamətdar günü ailələri və tədbir iştirakçıları ilə birlikdə qeyd ediblər.

Təxminən 200 məzunun iştirakı ilə keçirilən mərasimdə geri sayımın ardından tələbələr kep­lərini havaya ataraq məzun olmalarını böyük coşqu ilə qeyd ediblər.

Sonda protokol üzvləri, akademik heyət, məzunlar və onların ailə üzvləri ilə xatirə fotosu çəkdirilib.

Atatürk Universitetinin Açıq və Distant Təhsil Fakültəsinin Bakıda keçirdiyi məzun mərasimi kokteyllə başa çatıb.

222222222
Vumart və Güvən reklamı Vumart Güvən