"Hər bir ölkənin inkişafı onun kadr potensialından asılıdır" - Ceyhun Məmmədov

 17:15 28.09.2026     143

Prezident İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan  tədbirdə çıxışı zamanı təhsilin bir nömrəli prioritet olduğunu deyib. Eyni zamanda dövlət başçısı hazırlıqlı kadrlar olmadan qarşıya qoyulan məqsədlərə çatmağın mümkün olmadığını bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov qeyd etdi ki, növbəti dəfə cənab prezidentin çıxışında çox önəmli, vacib məsələlərə toxunulmasının şahidi olduq:

"Həqiqətən də, hər bir ölkənin inkişafı onun güclü kadrından, kadr potensialından çox asılıdır. Biz cənab prezidentin bu məsələni hər zaman xüsusi diqqətdə saxladığını görürük. Prezident bu məsələlərə çox həssas yanaşır. Həqiqətən də, bu gün bizim qarşımızda duran əsas vəzifələrdən biri kadr və kadr hazırlığı məsələsidir. Bu məsələnin həllini tapmasına çox böyük ehtiyac var və bu istiqamətdə dövlətin atdığı addımlar çox önəmlidir. Bu gün dövlətimizin gördüyü işlər çox vacib və çox xüsusi önəm daşıyan işlərdir. Yaxşı kadr olmadan, güclü kadr olmadan nəyəsə etmək, əldə etmək, uğur qazanmaq - bunlar kifayət qədər çətin və mürəkkəb proseslərdir. Ona görə də Azərbaycanın bu yolda atdığı addımlar xüsusi qiymətləndirilir və bu istiqamətdə dövlətimizin gördüyü işlər xüsusi önəm, əhəmiyyət daşıyır. Bunlar olduqca vacib, olduqca önəmli bir məsələdir. Dövlətimizin həyata keçirdiyi siyasəti göstərir. Təbii ki, bu prosesdə hər kəsin fəal olmasına, hər kəsin üzərinə düşəni etməsinə ciddi ehtiyac var. Güclü dövlət qurmaq istəyiriksə, biz buna çalışmalıyıq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən