Kolleclərə qəbul olanların qeydiyyatı BAŞLAYIR

 18:00 29.09.2026     64

Orta ixtisas təhsili pilləsi (11 illik) II tur üzrə təhsil müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesinə 30 sentyabr saat 11:00-da start veriləcək. 

Redaktor.az xəbər verir ki, qəbul olan şəxslər https://my.gov.az/ portalı üzərindən “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Məlumat üçün bildiririk ki, elektron sistem üzrə qeydiyyat 05 oktyabr saat 18:00-da yekunlaşacaq.

Vumart və Güvən reklamı Vumart Güvən