Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Müəllimlər Günü ərəfəsində müəllimlərlə görüşlər KEÇİRDİ
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin məsul əməkdaşları 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində bölgələrdə çalışan müəllimlərlə görüşlər keçiriblər.
Redaktor.az xəbər verir ki, bu barədə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev feysbuk hesabında paylaşım edib.
Bildirilib ki, Şamaxı, Şabran, Qəbələ, Şirvan, Zərdab və Ağstafada keçirilən görüşlər zamanı müəllimlərin əməyinə verilən dəyər və hörmət ifadə olunub, onlara səmimi təbriklər çatdırılıb.
Araz Paşayev müəllimlərin fəaliyyətindən də söz açaraq qeyd edib:
“Əziz müəllimlər, harada çalışmağınızdan asılı olmayaraq, hər birinizin zəhməti, fədakarlığı və təhsilə verdiyiniz töhfə bizim üçün dəyərlidir".
Xədicə BAXIŞLI


























