Bu fənn üzrə seçim imtahanı keçiriləcək - Kimlər iştirak edə biləcək?

 13:34 30.09.2026     163

 Oktyabrın 4-də Təhsil Texnologiyaları Mərkəzində biologiya fənni üzrə seçim imtahanı təşkil olunacaq.

Təhsil İnstitutundan Redaktor.az-a verilən məlumata görə, seçim imtahanına ötən tədris ilində biologiya fənni üzrə Respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmiş şagirdlər buraxılacaqlar.

İmtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək.

İştirakçıların ən azı 30 dəqiqə əvvəl imtahan mərkəzində olmaları xahiş olunur.

Şagirdlər imtahana gələrkən şəxsiyyət vəsiqəsi və kalkulyator gətirməlidirlər.

İmtahanın nəticələri əsasında biologiya fənni üzrə növbəti hazırlıq və seçim mərhələlərinə cəlb olunacaq şagirdlər müəyyənləşdiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən