Məktəb sökülüb yerində yaşayış binası tikiləcək? - RƏSMİ AÇIQLAMA
Sumqayıt şəhərində yerləşən 35 nömrəli peşə məktəbinin sökülərək ərazidə yaşayış binasının inşa ediləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Redaktor.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
"Sözügedən ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır", - məlumatda qeyd olunub.














