Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı RƏSMİ AÇIQLAMA
Sumqayıt şəhərində yerləşən 35 nömrəli peşə məktəbinin sökülərək ərazidə yaşayış binasının inşa ediləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Redaktor.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
"Sözügedən ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır", - məlumatda qeyd olunub.













