Ali təhsildə yeni istiqamət açılır – Emin Əmrullayevdən mühüm AÇIQLAMA
“Belə bir tədbirin təşkili və məzmunu təhsil üçün də olduqca vacib məsələdir”.
Redaktor.az-ın məlumatına görə, bunu müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunın imzalanma mərasimində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, imzalanan sənəd Azərbaycan ali təhsil müəssisələri üçün yeni bir istiqamət açır:
“Bu istiqamət bir çox baxımdan vacibdir. Gələcəkdə kadr hazırlığı, tədqiqat və texnoloji inkişaf sahəsində ali təhsil müəssisələrinin öz işini daha yaxşı görməsi üçün imkanlar yaradır”.
Əmrullayev qeyd edib ki, Azərbaycan və Türkiyə universitetləri arasında sıx əməkdaşlıq var:
“Bunun ən yaxşı nümunəsi yəqin ki, Türkiyə-Azərbaycan Universitetidir. Bu gün artıq həmin ali təhsil müəssisəsində yüzlərlə azərbaycanlı Türkiyənin ən qabaqcıl universitetlərinin diplomunu Azərbaycandan ayrılmadan almaq imkanı əldə edir. Bizim digər ali müəssisələrinin də Türkiyənin müxtəlif universitetləri ilə ciddi əməkdaşlığı var. Hesab edirəm ki, elm və ali təhsil bütün sahələrdə inkişafın əsas dayağı, təməlidir”.













