Təhsil İdarəsindən məktəbdəki dava ilə bağlı AÇIQLAMA
Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimləri arasındakı insidentlə bağlı araşdırma aparılır.
Bu barədə Redaktor.az-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd edilib ki, məsələ ilə bağlı RTİ, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində zəruri tədbirlər görülür:
“Səsləndirilən bütün iddialarla bağlı araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək”.
Qeyd edək ki, insidentin səbəbinin dərs bölgüsü olduğu iddia edilir. Hadisə zamanı müəllimlərdən birinin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.













