Bu məktəbin şagirdləri dərsə velosipedlə gedib-gəlirlər - FOTO

 16:09 01.10.2026     133

Şabran rayonunun Hacıqaraqaşlı kənd ümumi orta məktəbində şagirdlərin təxminən 60 faizi məktəbə velosipedlə gedib-gəlir.

Redaktor.az “Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, məktəbin təşəbbüsü ilə təxminən 2-3 il əvvəl başlayan bu ənənə artıq şagirdlərin gündəlik həyatının bir hissəsinə çevrilib.

Məktəbdə bildirilib ki, şagirdlərin velosipeddən istifadəsinin təşviq edilməsində əsas məqsədlərdən biri onların sağlam və aktiv həyat tərzinə yönləndirilməsi, digər tərəfdən isə vaxta qənaət edilməsidir. Şagirdlərin məktəbə gedib-gələrkən təhlükəsiz yoldan istifadə etməsinə də diqqət yetirilir.

2017-ci ildə istifadəyə verilən modul tipli məktəbdə şagirdlərin velosipedlərini saxlaya bilməsi üçün də şərait yaradılıb.
Hacıqaraqaşlı kənd ümumi orta məktəbi tədris göstəriciləri ilə də fərqlənir. Məktəb monitorinq nəticələrinə əsasən region üzrə 45 məktəb arasında 2-ci yeri tutub.

Şabranda bu məktəbin şagirdləri məktəbə velosipedlə gedib-gəlirlərŞabranda bu məktəbin şagirdləri məktəbə velosipedlə gedib-gəlirlərŞabranda bu məktəbin şagirdləri məktəbə velosipedlə gedib-gəlirlərŞabranda bu məktəbin şagirdləri məktəbə velosipedlə gedib-gəlirlərŞabranda bu məktəbin şagirdləri məktəbə velosipedlə gedib-gəlirlərŞabranda bu məktəbin şagirdləri məktəbə velosipedlə gedib-gəlirlərŞabranda bu məktəbin şagirdləri məktəbə velosipedlə gedib-gəlirlərŞabranda bu məktəbin şagirdləri məktəbə velosipedlə gedib-gəlirlər

Vumart və Güvən reklamı Vumart Güvən