“Magistraturaya marağı artırmaq üçün maaş fərqi yaradılmalıdır” - Tələbə

 15:25 02.10.2026     213

Saytımıza açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, işə qəbul zamanı və əməkhaqqının müəyyənləşdirilməsində magistratura təhsili alan şəxslərə üstünlük verilməsi bu sahəyə marağı artıra bilər.

Bəs magistratura təhsili alan şəxslər öz təhsillərinin əməkhaqqı və karyera imkanlarına təsir etməsi barədə nə düşünürlər? Magistratura təhsili alanlara daha yüksək əməkhaqqının verilməsi ilə bağlı təklifə münasibət necədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Dövlət İqtisad Universitetinin I kurs magistratura tələbəsi Həlimə Babayeva magistratura təhsili alanlara daha yüksək əməkhaqqı verilməsi fikrini dəstəklədiyini bildirib.

"Düşünürəm ki, şəxs magistr təhsilini tamamladıqdan sonra mütəxəssis kimi peşəkar olur. Bundan əlavə bir çox insanda qarşılaşdığım bir vəziyyət var. Bu vəziyyət ondan ibarətdir ki, onlardan vəzifə yüksəlişi zamanı magistraura təhsili tələb olunur. Lakin əmək qanunvericiliyində belə bir müddəa yoxdur. Elə bu səbəbdən hər bir vəziyyəti dəyərləndirdikdə magistraturanı bitirən məzunlar bakalavriatı bitirən məzunlardan daha artıq maaş almalıdır. Fikrimcə, magistrlərin əziyyəti yerdə qalmamalıdır. Hal-hazırda magistratura təhsili alanların sayı azdır və düşünürəm ki, belə bir qərarın qəbulu magistraturaya marağı artıra bilər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən