Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi davam EDİR

 17:44 02.10.2026     84

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi onlayn formatda davam edir.

Bu barədə Redaktor.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilir.

Belə ki, test imtahanı mərhələsində uğur qazanmış 17 minə yaxın təhsilverən müsahibə mərhələsinə dəvət edilib.

Nəzərinizə çatdırırıq ki, cari tarixə qədər 7 minə yaxın təhsilverənin müsahibəsi yekunlaşıb. Müsahibə nəticələri ilə bağlı məlumatlar isə mütəmadi qaydada təhsilverənlərin şəxsi kabinetlərinə göndərilir.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinə 17 sentyabr tarixində başlanılıb və prosesin 20 oktyabr tarixinədək davam etdirilməsi nəzərdə tutulur.

Vumart və Güvən reklamı Vumart Güvən