“Əməyinizin nəticələrindən qürur duymağı arzulayıram” - Emin Əmrullayev

 09:42 05.10.2026     176

Elm və təhsil naziri Emin Əmrullayev müəllimləri təbrik edib.

Redaktor.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Əziz müəllimlər,

Sizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm.

Müəllimlik ən çətin, eyni zamanda ən şərəfli peşələrdən biridir. Bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir. Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır.

Hər birinizə təşəkkür edir, işlərinizdə uğurlar və əməyinizin nəticələrindən daim qürur duymağı arzulayıram”, - paylaşımda qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən