“Türkiyə Maarif Vəqfinin əsas hədəfi fəzilətli insan yetişdirməkdir” - Tabib Gülbay

 10:35 05.10.2026     86

“Türkiyə Maarif Vəqfi 66 ölkədə 600 məktəb və bu kimi müəssisədə 8 min müəllimlə təxminən 75 min şagirdə xidmət göstərən bir vəqifdir”.

Redaktor.az xəbər verir ki, bunu “Anadolu Məktəbi”nin Azərbaycan və türk ədəbiyyatı mütaliələri tədbirində Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə ölkə təmsilçisi Tabib Gülbay dedi.

“Azərbaycan ölkə nümayəndəliyi olaraq bizim də iki kampusumuz var. Biri hazırda olduğumuz, “Gənclik kampusu” adlandırdığımız, tədris dili ingilis dili olan kampusumuzdur. Burada təxminən 350 şagird təhsil alır. Digəri isə “Nəsimi kampusu” adlandırdığımız, tədrisin əsasən ingilis dili və Azərbaycan türkcəsində aparıldığı kampusumuzdur.

İki kampusumuzda təxminən 110 müəllim olmaqla, ümumilikdə 140 əməkdaşımız var və təxminən 650 şagirdə xidmət göstəririk.

Türkiyə Maarif Vəqfinin məqsədi çox aydındır: yaxşı insan yetişdirmək. Təkcə akademik uğura deyil, eyni zamanda vicdanlı, əxlaqlı, mərhəmətli, qısacası, fəzilətli insan yetişdirmək Türkiyə Maarif Vəqfinin əsas hədəfidir”,  - deyə o bildirdi. 

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən