"Türkiyə və Azərbaycanın ortaq ədəbi yaddaşını yeniləmək üçün bir araya gəlmişik” - Gülçöhrə Abasova

 10:56 05.10.2026     76

“Sarsılmaz bağlarla bir-birinə bağlanan, “bir millətin iki dövləti” olan Türkiyə və Azərbaycanın ortaq ədəbi yaddaşını yeniləmək üçün bir araya gəlmişik”.

Redaktor.az xəbər verir ki, bunu Xəzər Universitetinin Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistr tələbəsi Gülçöhrə Abasova “Anadolu Məktəbi”nin Azərbaycan və türk ədəbiyyatı mütaliələri tədbirində səsləndirdi.

“Çətin şərtlərə və araya girən məsafələrə baxmayaraq, ortaq mənəvi dəyərlərdən qidalanan Anadolu və Azərbaycan torpaqları əsrlərdir eyni ədəbi güzgüdə bir-birinin qəlbi ilə danışır.

Bu gün bu salonda toplaşmağımızın məqsədi kitabxana rəflərində duran mətnləri yalnız texniki baxımdan araşdırmaq deyil. Biz Dədə Qorqudun qədim müdrikliyindən müasir dövrün varoluş sancılarına qədər uzanan bu kəsintisiz xətt boyunca ortaq yaddaşımızın gizli qalmış qatlarını gənc qələmlərin gözü ilə yenidən kəşf edəcəyik.

Bu gün hər birimiz incə oxu prosesindən sonra özünəməxsus mətnlərini qələmə alan dörd dəyərli panelistimizin təqdimatında ədəbi əsərlərin mənasını, ənənədəki qırılmaları, ictimai fəziləti və ədəbiyyatın sağaldıcı gücünü dinləyəcəyik”, - deyə o bildirdi. 

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən