"Sarı Gəlin" əsəri və əbədi həsrət: Türkiyəli tələbə Azərbaycan ədəbiyyatının sirrini açdı

 11:00 05.10.2026     81

“Azərbaycan ədəbiyyatında qovuşmaq və ayrılmaq hissləri arasında da bir növ arada qalmaq vəziyyəti var”.

Redaktor.az xəbər verir ki, bunu türkiyəli tələbə Masal Özhəkim “Anadolu Məktəbi”nin Azərbaycan və türk ədəbiyyatı mütaliələri tədbiridə bildirdi.

“Məsələn, Elçinin “Sarı gəlin” əsərində insanlar bir-birinə çox yaxındırlar. Amma tarix, adət-ənənələr, sərhədlər və baş verən hadisələr onları bir-birindən ayırır. Buna görə də “Sarı gəlin” obrazı çatılması çətin olan sevgini ifadə edir. Bu sevgi nə unudula bilir, nə də ona qovuşmaq mümkün olur. Beləliklə, sevgi daim yarımçıq qalan və tamamlanmayan bir həsrətə çevrilir.

Nəticə olaraq, Azərbaycan ədəbiyyatında “araf” anlayışı yalnız bir məna daşımır. Bəzən böyüməyə məcbur edilmiş uşağı, bəzən bölünmüş vətəni, bəzən yanlış yola yönəlmiş lideri, bəzən də unutmağa məcbur edilmiş aşiqi ifadə edir.

Azərbaycan insanı heç vaxt yalnız bir kimliyə sığışdırılmır. O, daim bir keçid vəziyyətində, yəni arada qalır. İnsan çox vaxt bir tərəfə aid olmağa çalışır, amma qəlbi həmişə digər tərəfdə qalır.
Bəlkə də elə buna görə Azərbaycan ədəbiyyatı oxucuda uzun müddət silinməyən, dərin iz buraxan hisslər yaradır”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən