"Problemlərimiz bitib, yoxsa hələ görüləsi iş çoxdur?" - Nazirdən düşündürücü SUAL

 11:04 05.10.2026     151

“Ümumiyyətlə, məsələyə münasibət ən vacib məsələdir. Məsələyə münasibət bundan ibarət olmalıdır: artıq bütün problemlərimiz həll olunub və biz ən yaxşı sistemik, yoxsa problemlərimizin həlli üçün hələ daha çox iş görməliyik? Əgər biz düşünürüksə ki, sabah bir gün daha az problemimiz olacaq, onda müəyyən qədər münasibətimizi dəyişməliyik”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetində keçirilən “Daha təhsilli gələcək” devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda elm və təhsil naziri Emin Əmrullayev bildirdi.

Onun sözlərinə görə, baza məqam bundan ibarətdir ki, təhsil sistem kimi başa düşülməlidir:

“Bu, müəyyən nizamı olan bir sistemdir. Mən bunu Bakı şəhəri konfransında da öz çıxışımda qeyd etmişdim. Əslində, çox sadə bir şey tələb olunur: tədris fənnindən ona ayrılan 45 dəqiqə ərzində həmin dərsin məqsədləri, xülasəsi və nəticələri şagirdlərə çatdırılmalıdır. Bunu necə çatdırmaq, hansı üsullardan istifadə etmək müəllimlərin fərqli yanaşmaları baxımından müzakirə mövzusu ola bilər. Amma bu məsələnin mahiyyətini və məqsədini dəyişmir.

45 dəqiqənin sonunda, günün, ayın və ya yarım ilin sonunda məktəb, müəllim və valideyn əmin olmalıdır ki, şagirdlər öyrəniblər. Yəni öyrənmə prosesi baş verir. Bence, bu, çox vacib məqamdır. Şagird özü öyrəndiyini hiss edirmi?”

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən