"Eyni tarixin xatirəsində və eyni mədəniyyətin dərinliyində birləşən qardaşlarıq"

 11:15 05.10.2026     59

“Eyni tarixin xatirəsində və eyni mədəniyyətin dərinliyində birləşən qardaşlarıq. Bu gün burada yalnız ədəbiyyatı müzakirə etmək üçün deyil, eyni sözün, eyni nəğmənin və eyni ürək səsinin iki tərəfini bir araya gətirmək üçün toplaşmışıq. Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə ürəkdən salam olsun”.

Redaktor.az xəbər verir ki, bunu Anadolu Liseyinin 10-cu sinif şagirdi Fatih Əmrə Oğur  “Anadolu Məktəbi”nin Azərbaycan və türk ədəbiyyatı mütaliələri tədbiridə səsləndirdi.

“Türk dünyasının ortaq yaddaşı yalnız tarix kitabları ilə deyil, dastanlar, hekayələr, romanlar və xalq yaradıcılığı nümunələri vasitəsilə də nəsildən-nəslə ötürülür.

Bu ortaq yaddaşın ən mühüm mənbələrindən biri olan “Dədə Qorqud” hekayələri türk xalqının ailə birliyi, cəsarət, ədalət, vətən sevgisi, həmrəylik və milli-mədəni kimlik kimi əsas dəyərlərini əks etdirən böyük bir mədəni sərvətdir. Lakin zaman keçdikcə cəmiyyət də dəyişib və bu dəyişiklik ədəbi əsərlərdə də öz əksini tapıb. Azərbaycan ədəbiyyatında yer alan “Dana Baş kəndinin hekayələri”, “Qan içində”, “Ağ qoç, Qara qoç”, “Yaxşı padşahın nağılı” və “Sarı gəlin” kimi əsərlər “Dədə Qorqud”da ideal şəkildə təqdim olunan dəyərlərin zamanla necə dəyişdiyini göstərir.

“Dədə Qorqud” hekayələrində ailə cəmiyyətin əsasını təşkil edir. “Duxa oğlu Buğac” boyunda övladı olmayan Duxa xan belə deyir: “Aç gördünsə, doyur, çılpaq gördünsə, geyindir, təpə kimi ət yığ, böyük toy-düyün eylə, dilək dilə. Bəlkə ağzı dualının xeyir-duası ilə Tanrı bizə bir oğul verər.”

Bu sözlərdən göründüyü kimi, ailə yalnız bir ev və ya birlik deyil. Ailə həm də dinin, paylaşmağın və nəslin davamının əsas mənbəyidir”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən