"Ədəbiyyat insanları xəbərdar edən və görünməz divarları dağıtmağa çalışan vasitədir"

 11:31 05.10.2026     66

“Cəlil Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları” əsərində reallığın necə kiçik bir həbsxanaya çevrildiyini belə ifadə edir: “Dünya dəyişir dedilər, amma Dana Baş kəndində günəş hələ də eyni cahilliyin üzərinə doğurdu. Bizim həqiqətimiz bir məmurun iki dodağı arasındaydı. Bu sözlər yalnız bir kəndin geridə qalmasını deyil, həm də cəhalət və çıxılmazlıq içində yaşayan insanların vəziyyətini göstərir”.

Redaktor.az xəbər verir ki, bunu türkiyəli tələbə Tülay Balıkaslı “Anadolu Məktəbi”nin Azərbaycan və türk ədəbiyyatı mütaliələri tədbiridə dedi.

“Yazıçının əsərində reallıq kiçik bir kəndin dar küçələrinə, hətta bir məmurun özbaşına verdiyi qərarlara qədər enir. Burada həqiqət hamı üçün eyni olan bir dəyər deyil, hakimiyyət sahibinin sözündən asılı olan kövrək bir anlayışdır.

Məhəmməd Ülüzadə üçün ədəbiyyat bu qaranlığı işıqlandıran bir fənərdir. O, ədəbiyyatı insanları xəbərdar edən və görünməz divarları dağıtmağa çalışan bir vasitə kimi görür. Bu divarlar dağılsa da, onların yaratdığı izlər və təsirlər uzun müddət davam edir”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən