"“İki od arasında” ifadəsi Azərbaycan insanının uzun illər yaşadığı milli çıxılmazlıqdır"

 11:34 05.10.2026     74

“Azərbaycan xalqının yaşadığı ikinci böyük sarsıntı Birinci Qarabağ müharibəsi və qaçqınlıq travması ilə bağlıdır”

Redaktor.az xəbər verir ki, bunu türkiyəli tələbə Tülay Balıkaslı “Anadolu Məktəbi”nin Azərbaycan və türk ədəbiyyatı mütaliələri tədbiridə dedi.

“Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” əsərində yaratdığı tarixi və coğrafi mühit də bizi bu reallıqla qarşılaşdırır. Çəmənzəminli üçün tarix sadəcə keçmişdə qalan hadisələr deyil. Tarix insanları öz içinə çəkən və onlardan qaçmağın mümkün olmadığı böyük bir qüvvədir.

Yazıçı əsərin əvvəlində bu vəziyyəti belə ifadə edir: “İki od arasında qalmışdıq. Bir tərəfdə yerli xalqların bitmək bilməyən ağrıları, digər tərəfdə imperiyaların soyuq nəfəsi. Qanlı torpaq mənim taleyim idimi?”

Bu sözlər yalnız hərbi və ya siyasi çıxılmazlığı deyil, Azərbaycan insanının uzun illər yaşadığı milli və tarixi sıxıntını da ifadə edir. “İki od arasında” ifadəsi əsərin əsas ideyalarından biridir. Burada reallıq böyük bir dönüş nöqtəsi kimi təqdim olunur.

Çəmənzəminlinin qələmində ədəbiyyat artıq sadəcə bir güzgü deyil. O, tarixin ağrılı hadisələrini yaddaşda saxlayan və onları cəmiyyətin ortaq yaddaşına çevirən bir şahidə çevrilir”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən