"Ərdoğan silahım olub-olmadığını soruşdu, İlham Əliyev isə belə cavab verdi..."

 11:43 05.10.2026     81

“Mən buraya böyük qürur hissi ilə gəlmişəm. Çünki bilirdim ki, bu tədbirdə ortaq mədəniyyətimizdən, ortaq dəyərlərimizdən və ən əsası, qardaşlığımızdan danışılacaq. Siz bu gün bütün bunları sübut etdiniz. Mən hər birinizi – həm Türkiyədən olan tələbələrimizi, həm də azərbaycanlı tələbələrimizi ürəkdən təbrik etmək istəyirəm. Eyni zamanda onların valideynlərinə və müəllimlərinə də bu gözəl uğura görə təşəkkür edirəm”.

Redaktor.az xəbər verir ki, bu sözləri “Anadolu Məktəbi”nin Azərbaycan və türk ədəbiyyatı mütaliələri tədbiridə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, İlyas Əfəndiyevin nəvəsi Günay Əfəndiyeva bildirdi.

“Bir məsələni də qeyd etmək istəyirəm. Bu gün burada oturarkən sizin türk mədəni irsimizdən danışmağınız mənə bir xatirəni xatırlatdı. Mən Azərbaycan sədrliyi dövründə bu sahədə fəaliyyət göstərmişdim. Həmin vaxt prezidentlərimizlə də müxtəlif görüşlərimiz olurdu.

Bir dəfə zirvə görüşlərinin birində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edirdi. Həmin görüşdə cənab Ərdoğan məndən soruşdu: “Gülay xanım, sizin bir silahınız varmı?” Cənab İlham Əliyev isə belə dedi: “Gülay xanımın silahı atasının sözüdür.” Bu sözləri bu gün niyə xatırladım? Çünki söz həqiqətən çox güclü silahdır.

Mən hər birinizə arzu edirəm ki, çox oxuyasınız, öyrənəsiniz və özünüzü inkişaf etdirəsiniz. Nə qədər mümkündürsə, çox mütaliə edin və güclü olun.

Biz ədəbiyyatımızı, mədəniyyətimizi, musiqimizi, incəsənətimizi və digər ortaq dəyərlərimizi nə qədər yaxşı tanısaq, bir o qədər güclü olarıq. Çünki bizi birləşdirən dəyərləri nə qədər yaxşı bilsək, qardaşlığımız da bir o qədər möhkəm olacaq”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən