"Müstəqilliyimizi qorumaqda hər birimizin payı var" - Nazir müəllimləri təbrik ETDİ
“Bizim üçün ən vacib məqam istər şagird nailiyyətlərimizin, istərsə də təhsilimizin keyfiyyətinin artırılması baxımından uğurlar əldə etsək də, yaxud əldə etməyi planlaşdırsaq da, bütün bu proseslərin ən vacib məsələlərindən biri, təbii ki, bizim milli kimliyimiz və milli ideoloji işimizdir”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetində keçirilən “Daha təhsilli gələcək” devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda elm və təhsil naziri Emin Əmrullayev bildirdi.
“Möhtərəm Prezidentin çıxışlarında da qeyd edildiyi kimi, Azərbaycan təhsilinin öz daxilində bunu təmin etməsi, anlayıram ki, çox vacib bir məqamdır. Çünki burada işin mahiyyəti, təbii ki, bilikləri, bacarıqları və səriştələri nə üçün əldə etməyimizdir, dostlar.
Bu da, təbii ki, Azərbaycanın, Azərbaycan Respublikasının müstəqil dövlət kimi və Azərbaycan xalqının müstəqilliyini qoruyan müstəqil bir xalq kimi qalmasında hər birimizin, əslində, öz payının olduğunu göstərir. İnanırıq ki, hər birimiz üzərimizə düşən məsuliyyəti dərk edərək bunun icrası üçün əlimizdən gələni edəcəyik. Mən sonda istərdim bir daha bütün müəllimləri bu münasibətlə təbrik edim. Azərbaycanda müəllimlik fəaliyyəti ilə məşğul olan, istər dövlət sektorunda, istərsə də özəl sektorda çalışan əziz müəllimləri, həm də ümumiyyətlə, təhsil sahəsində müəllimlərin bu böyük funksiyalarını yerinə yetirən bütün həmkarlarımı ürəkdən təbrik edirəm”.
NURİYYƏ













