"Maarif Vəqfinə, Yunus Əmrə İnstitutuna və məktəblərimizə minnətdarlığımızı bildiririk" - Birol Akgün
“Bu gün burada bizimlə birlikdə olan, tədbirimizə himayə göstərən Türkiyə Respublikasını təmsil edən çox dəyərli səfirimizə, Azərbaycan dövlətini təmsil edən hörmətli millət vəkilimizə və dəyərli qurum nümayəndələrinə təşəkkürümüzü bildiririk”.
Redaktor.az xəbər verir ki, bunu “Anadolu Məktəbi”nin Azərbaycan və türk ədəbiyyatı mütaliələri tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün dedi.
“Həmçinin bu tədbirə dəstək göstərən Maarif Vəqfinə, Yunus Əmrə İnstitutuna, Türk Mədəniyyət və İrsi Fondu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinə, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəblərimizin, Azərbaycan Türk məktəblərinin dəyərli direktorlarına və kollektivlərinə minnətdarlığımızı bildiririk.
Türk Diyanət Vəqfinin məktəbinə də göstərdiyi dəstəyə görə təşəkkür edirik”
Aytəkin TOFİQQIZI













