195 magistrant təhsil haqqından azad EDİLDİ

 15:14 05.10.2026     136

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməyib.

Bu barədə Redaktor.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavrlar arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilmib.

Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 195 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Bundan əlavə, həmin tələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilib.

Vumart və Güvən reklamı Vumart Güvən