"Bu peşə mənim üçün sadəcə iş deyil, həm də mənəvi missiyadır" - Nazirin təltif etdiyi müəllim

 17:38 05.10.2026     169

Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər. “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunanlar sırasında Bakı şəhəri 242 nömrəli tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi Mehdiyev Asəf Əkrəm oğlu da var.

Redaktor.az-a danışan müəllim Asəf Mehdiyev düşünür ki, Beynəlxalq Müəllimlər Günündə nazir Emin Əmrullayev tərəfindən təltif olunmağı çəkilən əməyin və gənc nəslin sağlam, vətənpərvər ruhda böyüməsi istiqamətində atılan addımların dəyərləndirilməsidir:

“Bu diqqət mənim üçün həm böyük motivasiya, həm də gələcək işlərimdə məsuliyyətimi daha da artıran bir etimaddır. Əməyimə verilən bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm. 13 ildir pedaqoji fəaliyyətlə məşğulam və Bakı şəhəri 242 nömrəli tam orta ümumtəhsil məktəbində fiziki tərbiyə fənnini tədris edirəm”.

Həmsöhbətimizdən müəllimlik peşəsini seçmək qarşısında yenidən seçim imkanı olsaydı, bu peşəni bir daha seçib-seçməyəcəyini də soruşduq. O, sualımızı belə cavablandırdı:

“Əlbəttə! Çünki cəmiyyətə sağlam və vətənə layiq övladlar qazandırmaq əvəzolunmaz bir missiyadır. Bu peşə mənim üçün sadəcə iş deyil, həm də mənəvi missiyadır”.

Aytəkin TOFİQQIZI

22
Vumart və Güvən reklamı Vumart Güvən