Təhsil nazirinin müavini bu rayonda qəbul keçirəcək

 15:47 06.10.2026     123

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə oktyabrın 22-də Qəbələ şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.

Elm və Təhsil Nazirliyindən Redaktor.az-a bildirilib ki, qəbulda Qəbələ və Oğuz rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbələ və Oğuz rayonlarının sakinləri oktyabrın 16-sı saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-11 nömrəli telefonu vasitəsilə yalnız iş günləri və iş saatlarında qəbula yazıla bilərlər.

Bundan əlavə, vətəndaşlar nazirliyin rəsmi saytının “Əlaqə” bölməsinə elektron formada, həmçinin +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur.

Vumart və Güvən reklamı Vumart Güvən