Yeni qərar hansı müəllimlərə şamil olunmayacaq?

 20:22 06.10.2026     154

Xəbər verdiyimiz kimi, Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müəyyənləşib. 

Redaktor.az xəbər verir ki, qərara əsasən, bu tələblər xüsusi təyinatlı dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə şamil edilmir.

Bildirilib ki, bu tələblərin məqsədi təhsilverənlərin geyimi ilə bağlı vahid yanaşmanın müəyyənləşdirilməsi, məktəbdə işgüzar geyim mədəniyyətinin formalaşdırılmasıdır.

Təhsilverənlər əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbdə, habelə məktəbi təmsil etdikləri məktəbdənkənar rəsmi və təntənəli tədbirlərdə bu tələblərə riayət etməlidirlər.

Vumart və Güvən reklamı Vumart Güvən