Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi DAVAM EDİR

 10:40 08.10.2026     154

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir.

Bu barədə Redaktor.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, prosesdə iştirak etmək istəyən müəllimlər miq.edu.az/qy/ saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

İlboyu davam edəcək prosesdə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz əmək müqaviləsi əsasında çalışan, həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə malik olan və müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanında minimum 30 bal toplayan müəllimlər iştirak edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən