Dövlət hesabına təhsilə keçən tələbələrin ödədiyi pul geri qaytarılacaq? - AÇIQLAMA

 11:48 08.10.2026     146

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, əvvəlcə universitetlərə ödənişli əsaslarla qəbul olunan 1870 tələbə əlavə müsabiqənin nəticəsinə əsasən dövlət hesabına təhsil almaq hüququ qazanıb. 

Bəs təhsil haqqını əvvəlcədən ödəyən tələbələrin vəsaiti geri qaytarılacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndinin sözlərinə görə, Dövlət İmtahan Mərkəzi tərəfindən demək olar ki, hər il belə qərar verilir.

“Bunu müsbət qarşılayıram. Həm Dövlət İmtahan Mərkəzini, həm Elm və Təhsil Nazirliyini, həm Maliyyə Nazirliyini, həm də digər aidiyyəti qurumları ona görə təqdir edirəm ki, vətəndaşlar üçün təhsil əlçatanlığının təmin olunması baxımından belə təşəbbüs göstərilir və belə qərar verilir. Qeyd edim ki, buraya qədər ödəniş ödəyən tələbələr, hansı ki, onlar ödənişli əsaslarla qəbul olunmuşdular və artıq dövlət sifarişinə keçmələrinə qərar verilib, onların ödədikləri ödənişlər geri qaytarılacaq. Bu da, düşünürəm ki, tələbələr üçün olduqca əlamətdar bir haldır, hadisədir. Həqiqətən demək olar ki, Dövlət İmtahan Mərkəzi bu addımı atır. Həqiqətən ödəniş ödəyən tələbələrin ödənişləri geri qaytarılır. Yəqin ki, semestr sonuna qədər kimlər ki, təhsil haqqı ödəyiblər, onlar ödənişlərini geri alacaqlar", - deyə müshaibimiz yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən