“Bəzi şagirdlər elə bəzənirlər ki, məktəbli olduqları bilinmir” - Rəssam Arif Əzizov

 15:20 12.10.2026     205

Məktəblərdə şagirdlərin geyim qaydaları, xarici görünüşü və milli dəyərlərin təbliği məsələsi son günlər ictimai müzakirələrə səbəb olub. Rəssam Arif Əzizov da məktəblilərin vahid geyim formasından istifadəsi ilə bağlı qərara münasibət bildirib.

O, Redaktor.az-a açıqlamasında qərarı düzgün və yerində verilmiş addım kimi qiymətləndirib.

"Qərar qanunidir və əbədi olacaq. Bu qərar yerində atılıb. Ona görə ki, bəzi şagirdlər elə bil toya, şənliyə gəlir. Yəni elə bəzənirlər ki, heç şagirdə də oxşamırlar. Vahid geyim ilə şagirdlər məktəbə səliqəli şəkildə gəlib-gedəcəklər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən