"Məktəbin ümumi qayda və prinsipləri gözlənilməlidir" - Atəş Əhmədli

 12:26 13.10.2026     76

"Mən bir ziyalı olaraq düşünürəm ki, azyaşlı uşaqlar istisna olmaqla, yuxarı yaş qrupunda olan məktəblilər üçün bu qaydalar o qədər də azad deyil. Bəlkə də onlara sərbəstlik vermək lazımdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Atəş Əhmədli təhsil müəssisələrində dünyəvilik prinsipinin qorunması və vahid məktəbli geyim formasının tətbiqi barədə danışarkən səsləndirdi.

Onun fikrincə, yuxarı yaş qrupunda olan şagirdlərə seçim imkanı verilə bilərdi:

"Amma aşağı yaş qruplarında olan şagirdlər üçün bu qaydaların tətbiqi təqdirəlayiqdir. Məktəbin ümumi qayda və prinsiplərinin gözlənilməsinin tərəfdarıyam. Bu barədə onu da deyim ki, dünən professor, akademik Nizami Cəfərov da bu haqda danışıb. O da bu fikri bəyənib və məhz bu şəkildə təqdim edib".

Xədicə BAXIŞLI

 

Vumart və Güvən reklamı Vumart Güvən