Azərbaycanda ilk dəfə: suahili dili ADU-da tədris olunmağa başladı

 16:17 13.10.2026     59

Azərbaycanda ilk dəfə suahili dili Azərbaycan Dillər Universitetində tədris olunmağa başlayıb

Redaktor.az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın təşəbbüsü və Azərbaycan Respublikasının Keniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə Afrikaşünaslıq ixtisası üzrə suahili dili ADU-nun Dünya dilləri kafedrasında tədris edilməyə başlanılıb. Bu məqsədlə, Keniyadan suahili dili üzrə mütəxəssis Martin Ndeli Azərbaycan Dillər Universitetinə dəvət olunub. 

Kafedranın müdiri professor Nərgiz Seyidova müəllimi tələbələrə təqdim edərək suahili dilinin öyrənilməsinin onların dil biliklərini və dünyagörüşünü genişləndirmək, Afrika xalqlarının mədəniyyətini daha yaxından tanımaq baxımından əhəmiyyətini vurğulayıb.

Suahili dilinin tədrisi Azərbaycanla Kenya və Afrika regionunun digər ölkələri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsinə töhfə verə bilər. Bu təşəbbüs tələbələr üçün yeni ünsiyyət imkanları yaradaraq xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafına xidmət edəcək.

222
Vumart və Güvən reklamı Vumart Güvən