"Nə üçün yerli tələbələr üstünlüyə malik deyil?" - Deputat sual ETDİ
"Dövlət şagirdlərin xaricdə təhsilini təşkil edir. Bunun şərtləri müəyyən edilib. Dövlət müəyyən seçim meyarları əsasında şəxslərin dörd il müddətində universitetdə təhsil almasını təşkil edir ki, həmin şəxslər sonradan müvafiq sahələrdə çalışsınlar. Bu proses həyata keçirilir və müsbət nəticələrini verir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Əli Hüseynli bildirdi.
O hesab edir ki, Azərbaycanda da dünya səviyyəsində təhsil verən ali təhsil müəssisələri fəaliyyət göstərir və onlar diplomların tanınması ilə bağlı müəyyən tələblərə cavab verməyə çalışırlar.
"Təbii olaraq, Azərbaycanda təhsil alan şəxslərdə belə bir sual yaranır: nə üçün onlar üstünlüyə malik deyillər? Universitet seçimi məsələsinə dərindən yanaşmaq lazımdır. Qeyd etmək lazımdır ki, məsələnin bir hissəsi müvafiq məcəllələrdə öz həllini tapır. Xaricdə təhsil alacaq şəxslər də əvvəlki dövrdən, yəni əvvəlki qanunvericilikdən fərqli olaraq, bundan sonra dövlət hesabına təhsil almaq və ya bu imkanlardan yararlanmaq üçün müsabiqələrdən keçəcəklər. Hesab edirəm ki, məsələyə daha dərindən yanaşmaq lazımdır. Hazırda onun bir hissəsi məcəllədə həllini tapır. Gələcəkdə elə bir şərait yaradılacaq ki, struktur baxımından artıq əlavə ehtiyaca ehtiyac qalmayacaq".
NURİYYƏ













