Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI
2026-cı ilin yanvar–avqust aylarında Azərbaycanda təhsil sahəsi üzrə orta aylıq nominal əməkhaqqı 834 manat təşkil edib.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar–sentyabr aylarını əhatə edən “Sosial, iqtisadi inkişaf” aylıq məruzəsində məlumat verilib.
Məruzəyə əsasən, hesabat dövründə dövlət təhsil müəssisələrində orta aylıq nominal əməkhaqqı 824,4 manat, qeyri-dövlət təhsil müəssisələrində isə 980,1 manat olub.












