ADNSU-ya yeni prorektor təyin EDİLDİ - FOTO

 19:13 16.10.2026     111

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə yeni prorektor təyin edilib.

Redaktor.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Seymur Nəcəfov maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Seymur Nəcəfov 26 may 2026-cı il tarixindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Maliyyə və təminat departamentinin direktoru - baş mühasibi vəzifəsini icra edib.

2
Vumart və Güvən reklamı Vumart Güvən