Türkiyədə təhsil sisteminin dünyəviliyi sual altında - Ekspertdən AÇIQLAMA

 17:33 19.10.2026     72

“Türkiyədə hakim partiyanın siyasi xəttində dini istiqamət mühüm yer tutur. Buna görə də təhsil müəssisələrində din-dövlət münasibətləri özünü göstərir. İctimai həyatın müxtəlif sahələrində olduğu kimi, təhsil sistemində də dinin təsiri hiss olunur”.

Bunu təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a açıqlamasında AKP hakimiyyətinin Türkiyədə təhsil, dövlət-din münasibətləri və ictimai həyat sahələrində həyata keçirdiyi dəyişikliklərin ölkənin dünyəvi dövlətçilik ənənələrinə təsirindən danışarkən bildirdi.

O vurğuladı ki, Türkiyənin dünyəvi dövlətçilik ənənələrinə dinin təsiri kifayət qədər böyükdür:

“Bunu təkcə ictimai həyatın müxtəlif sahələrində deyil, konkret olaraq təhsil sistemində də görürük. Bununla belə, ali təhsil müəssisələri arasında tədris prosesini dünyəvi prinsiplər əsasında təşkil edən universitetlər də var. Dünyəvilik, yəni sekulyarizm, müxtəlif sahələrin dindən asılı olmadan inkişaf etməsi deməkdir. Başqa sözlə, bütün sahələr dinin təsiri altında olmamalıdır.

Lakin Türkiyədə, demək olar ki, əksər sahələrdə dinin təsiri hiss olunur və bu da müxtəlif yanaşmaların ortaya çıxmasına səbəb olur. Bəzən fikir müxtəlifliyi və fikir ayrılıqları yaranır ki, bu da özünü, demək olar ki, bütün sahələrdə göstərir. Təhsil sistemi isə dünyəvi prinsiplərə əsaslanmalıdır. Dini təhsillə elmi təhsilin vahid sistem daxilində birləşdirilməsi yanaşması doğru deyil. Çalışmaq lazımdır ki, din dövlətdən ayrı olduğu kimi, təhsil sistemi də dindən ayrı fəaliyyət göstərsin”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən