10 qazaxıstanlı tələbə Azərbaycanda təqaüdlə təhsil ALACAQ
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində 2026–2027-ci tədris ili üzrə 10 nəfər Qazaxıstan vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, ADA Universiteti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil alacaqlar.
Tələbələrin qəbul olunduqları proqramlar humanitar və sosial elmlər, iqtisadiyyat və idarəetmə, tibb, mədəniyyət və təhsil sahələrini əhatə edir.













