Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı - Nazir müavini AÇIQLADI

 12:18 21.10.2026     157

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib.

Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub:

"Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir".

Vumart və Güvən reklamı Vumart Güvən