Bakının bu məktəbində “Zəkanın riyazi ritmi” adlı intellektual yarış keçirildi - FOTO

 14:38 22.10.2026     71

Bakı şəhəri Albert Aqarunov adına 154 nömrəli tam orta ümumtəhsil məktəbində VII və VIII sinif şagirdləri arasında “Zəkanın riyazi ritmi” adlı intellektual yarış keçirilib.

Redaktor.az xəbər verir ki, məktəbin fənn aylıqları qrafikinə əsasən oktyabr ayının riyaziyyat fənn aylığı olması ilə əlaqədar təşkil olunan yarış riyaziyyat müəllimləri Esella Eyvazova və Nigar Abıyevanın təşəbbüsü ilə baş tutub.

“Dahilər”, “Zəka” və “Zirvə” komandalarında birləşən şagirdlər riyazi biliklərini və məntiqi düşünmə bacarıqlarını sınayıblar. İştirakçılar tapşırıqların həlli zamanı fikir mübadiləsi apararaq düzgün cavabları birgə müəyyənləşdirməyə çalışıblar.

Yarışın məqsədi şagirdlərin riyaziyyata marağını artırmaq, çevik və yaradıcı düşünmə, problem həll etmə və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək olub. Sonda iştirakçılara fəxri fərmanlar təqdim edilib.

22222
Vumart və Güvən reklamı Vumart Güvən