Elm və Təhsil Nazirliyi qrant müsabiqəsi elan edir

 18:00 22.10.2026     61

Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün kiçik qrant müsabiqəsi elan edir. Müsabiqə üzrə qrant məbləğinin yuxarı həddi 30 000 (otuz min) manatdır.

Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna oktyabrın 22-dən başlanılır. Bu proses noyabrın 12-dək davam edəcək. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.

Müsabiqənin mövzuları, iştirakla bağlı əsas tələblər və sənədlərlə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

Qrant müsabiqəsinin elanı
Kiçik qrant müsabiqəsi layihə
İcra planı
Büdcənin maliyyə əsaslandırılması
Media subyektində yayılmış məlumatlar

 

Vumart və Güvən reklamı Vumart Güvən