“Bu, müəllimlərin davranış qaydasının pozulmasına səbəb ola bilər” - AÇIQLAMA
““TikTok” platformasında Azərbaycan cəmiyyətinin mental dəyərlərinə, elmi və maarifləndirici yanaşmalara uyğun olmayan, bayağı məzmunlara rast gəlinir. Bu aspektdən hesab edirəm ki, bu məsələ ilə bağlı daha ciddi tədbirlər görülməlidir”.
Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli Azərbaycan məktəblərində "TikTok"a girişin məhdudlaşdırılmasından danışarkən bildirdi.

Onun sözlərinə görə, şagirdlər məktəbdən ayrıldıqdan sonra bu platformalardan istifadə imkanına malik olurlar:
"Buna görə də yaş məhdudiyyətlərinin tətbiqinə və bu məhdudiyyətlərə ciddi şəkildə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. "TikTok"da qeydiyyatdan keçmək və platformadan istifadə etmək uşaqlar üçün də kifayət qədər əlçatandır. Bu isə onların həmin platformalara marağını və diqqətini daha da artırır. Dərs zamanı bu platformalardan istifadə həm müəllimlərin, həm də şagirdlərin davranış qaydalarının pozulmasına, eləcə də məktəb mühitinə uyğun olmayan davranışların nümayiş etdirilməsinə səbəb ola bilər. Bu baxımdan, məsələ yalnız Elm və Təhsil Nazirliyi səviyyəsində həll edilməməli, daha geniş miqyasda müzakirə olunmalı və müvafiq qurumların iştirakı ilə daha qərarlar qəbul edilməlidir".
Aytəkin TOFİQQIZI












