"Müəllimlərin maaşı şagird sayına görə dəyişsin" - TƏKLİF
"Məktəblərin maliyyələşdirilməsində yeni mexanizmin ciddi müsbət tərəfləri var. Amma düşünürəm ki, müəllim əməyinin qiymətləndirilməsində daha bir yeniliyə ehtiyac var".
Redaktor.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov feysbuk hesabında yazıb.
O bildirib ki, hazırda müəllimlərin əməkhaqqında staj, dərs yükü və sertifikasiya nəticələrinə görə fərqlər mövcuddur:
"Məncə, sinifdəki şagirdlərin sayı da nəzərə alınmalıdır. Çünki 10-15 şagirdə dərs deyən müəllimlə 35-40 şagirdə dərs deyən müəllimin iş yükü eyni deyil. Şagirdlərin sualları, valideynlərin tələbləri, yoxlanılmalı KSQ, BSQ vərəqlərinin sayı və mənim bilmədiyim onlarla yazı-pozu işləri gündəlik daha çox vaxt və əmək tələb edir. Bu fərq müəllimin əməkhaqqında da öz əksini tapmalıdır".












