"Qaydaları pozanlar dərslərə buraxılmayacaq, attestat ala bilməyəcək" - Firudin Qurbanov
X–XI siniflərdə geyim qaydalarına riayət etmədiyi üçün dərslərə davam etməyən və bilikləri qiymətləndirilməyən şagirdlərə attestat verilməyəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Elm və təhsil nazirinin müavini Firudin Qurbanov APA-ya müsahibəsində bildirib.
Nazir müavini vurğulayıb ki, şagirdlərin yekun attestasiyası və biliklərinin qiymətləndirilməsi Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarı ilə tənzimlənir. Qanunvericiliyə əsasən, səbəbindən asılı olmayaraq biliyi qiymətləndirilməyən şagirdlərə ümumi və ya tam orta təhsil haqqında attestatın verilməsi nəzərdə tutulmur.













