Universitet və kolleclərdə vahid geyim olacaq? - Nazir müavinindən AÇIQLAMA

 11:54 02.11.2026     165

Ali, orta ixtisas və peşə təhsil müəssisələrində vahid geyim tələbinin tətbiqi planlaşdırılmır.

Redaktor.az xəbər verir ki, bu barədə Elm və təhsil nazirinin müavini Firudin Qurbanov APA-ya müsahibəsində bildirib.

Nazir müavini açıqlayıb ki, hazırda müəyyən edilən geyim qaydaları konkret olaraq yalnız dövlət ümumi təhsil müəssisələrinin şagird və müəllim heyətini əhatə edir. Universitet, kollec və peşə məktəblərində tələbələr üçün vahid geyim formalarının tətbiqi məsələsi gündəlikdə deyil.

Vumart və Güvən reklamı Vumart Güvən