"Vahid geyim təkcə qızlara aid deyil!" - Firudin Qurbanovdan oğlanlar və zinət əşyaları ilə bağlı AÇIQLAMA

 12:02 02.11.2026     148

Məktəblərdə vahid geyim qaydalarına riayət olunmasına dair monitorinqlər bundan sonra da davam etdiriləcək və icbari təhsildən yayınan şagirdlərin ailələri ilə artıq görüşlərə başlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Elm və təhsil nazirinin müavini Firudin Qurbanov APA-ya müsahibəsində bildirib.

Nazir müavini açıqlayıb ki, Nazirlər Kabinetinin müvafiq qərarları əsasında aparılan monitorinqlər həm təhsilalanların, həm də təhsilverənlərin geyim qaydalarını əhatə edir. Qaydaları pozan şəxslərlə və onların valideynləri ilə izahat işləri aparılır. F.Qurbanov xüsusilə vurğulayıb ki, müvafiq icra hakimiyyəti qurumları dərsə gəlməyən şagirdlərin ailələri ilə görüşlərə başlayıb, çünki qanunvericiliyə görə ümumi təhsil icbaridir.

Nazir müavini geyim qaydalarının bəzi hallarda yanlış yozulmasına da diqqət çəkib:

"Vahid geyim qaydalarını yalnız qızların geyimi məsələsi ilə əlaqələndirmək düzgün deyil. Müəyyən edilmiş tələblər həm qızlara, həm də oğlanlara aiddir. Oğlanların da məktəb mühitinə uyğun olmayan geyimləri və ya digər uyğunsuz elementlər bu yanaşmanın əhatə dairəsindədir. Qaydalar hər kəs üçün eynidir və konkret geyim komponentinin qadağasına deyil, məktəbli geyimində vahidliyin qorunmasına yönəlib".

F.Qurbanov əlavə edib ki, xüsusi bəzək və zinət əşyalarından istifadə edən şagirdlərə münasibətdə də qaydalar istisnasız olaraq eyni şəkildə tətbiq olunur. Nazir müavini valideynləri övladlarının təhsil hüququnu ön plana çəkməyə və məktəb rəhbərliyi ilə əməkdaşlıq etməyə çağırıb.

Vumart və Güvən reklamı Vumart Güvən