Nazir müavini bu rayonda məktəbləri yoxladı, tapşırıqlar verdi - FOTO

 10:57 03.11.2026     271

Noyabrın 2-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib.

Bu barədə Redaktor.az-a Elm və Təhsl Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində bir sıra təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq, vətəndaş qəbulu, eləcə də görüşlər keçirilib.

Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.

Daha sonra nazir müavini Ağdərə rayonunun Suqovuşan kənd tam orta ümumtəhsil məktəbində olub. Məktəbin mövcud vəziyyəti, tədris şəraiti və təhsilalanlar üçün yaradılmış imkanlarla tanışlıq zamanı təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verilib.

Səfər zamanı vətəndaş qəbulu da keçirilib. Qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Firudin Qurbanov Tərtər şəhəri 5 nömrəli körpələr evi-uşaq bağçasında da olub. Müəssisənin fəaliyyəti, uşaqların təlim-tərbiyəsi üçün yaradılmış şərait və tədris prosesi ilə tanış olub.

Bununla yanaşı, nazir müavini şəhid ailələri və region üzrə Vətən müharibəsi iştirakçısı olan bir qrup təhsil işçisi ilə görüşüb. Görüşdə şəhid olmuş təhsil işçilərinin təhsil sahəsindəki fəaliyyəti və Vətən qarşısındakı xidmətləri ehtiramla yad edilib. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından bəhs olunub, onların müraciətləri və qaldırdıqları məsələlər dinlənilib. Həmçinin şəhid ailələrinin sosial məsələlərinin diqqətdə saxlanılmasının, onların müraciətlərinə həssaslıqla yanaşılmasının vacibliyi vurğulanıb.

Səfərin davamında Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, gənc müəllimlər, psixoloqlar və tərbiyəçi-müəllimlərlə görüş keçirilib. Görüşdə yeni tədris ili üzrə prioritetlər və qarşıya qoyulan hədəflər, təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı, eləcə də təhsilalanların inkişafında psixoloji-pedaqoji dəstəyin əhəmiyyəti müzakirə olunub.

Çıxışlar zamanı regionda təhsilin inkişafı, mövcud çağırışlar, təhsil göstəricilərinin yaxşılaşdırılması və pedaqoji kollektivlərin qarşısında duran əsas vəzifələr diqqətə çatdırılıb. Görüş iştirakçılarının fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

222222222222222
Vumart və Güvən reklamı Vumart Güvən