Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant və sosial məzuniyyətlə əlaqədar yaranmış vakant yerlərin kadr təminatı məqsədilə elan edilmiş işə qəbul prosesi miq.edu.az portalı üzərindən davam etdiriləcək.
Bu barədə Redaktor.az-a BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, bu il keçirilmiş müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak etmiş və müvafiq fənlər üzrə ehtiyatda olan namizədlərin vakant yerlərə yerləşdirilməsi prosesi mövcud qaydalar çərçivəsində həyata keçiriləcək.
Namizədlərin yerləşdirilməsi müvafiq fənlər üzrə topladıqları balların ardıcıllığı nəzərə alınmaqla təmin ediləcək.













